Texniki İngilis Dili Dərsləri

Dərs haqqında
Texniki İngilis Dili dərsləri 10 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Kursun məqsədi texnologiya və mühəndislik kimi sahələrdə istifadə olunan əsas termin və ifadələri öyrətmək, şagirdlərin bu sahələrdə ingilis dilində anlama və ifadəetmə bacarığını inkişaf etdirməkdir. Dərslər interaktiv tapşırıqlar, vizual materiallar və maraqlı layihələr üzərində qurulacaq. İştirakçılar texniki mətnləri oxumağı, sadə təqdimatlar hazırlamağı və gündəlik texnoloji mövzularda fikirlərini ingilis dilində ifadə etməyi öyrənəcəklər. Bu kurs, uşaqların həm dil bacarıqlarını, həm də texniki düşüncə qabiliyyətlərini gücləndirmək üçün yaradılıb.
Təlim proqramı
Əminə Əliyeva
STEAM Müəlliməsi