Məktəblilər üçün Arduino

  • Müddət: 4 ay
  • Dərs sayı: 32
  • Dil: Azərbaycan

Dərs haqqında

Məktəblilər üçün Arduino kursu, 9 yaşdan yuxarı uşaqlara elektronika və proqramlaşdırma dünyasını interaktiv şəkildə öyrətməyi hədəfləyir. Ardiuno təlimi kursunda iştirakçılar, Arduino platforması vasitəsilə LED işıqlandırmadan tutmuş sensorlarla işləməyə qədər müxtəlif layihələr hazırlayır. Kurs, texnologiya biliklərini praktik fəaliyyətlərlə gücləndirərək, uşaqlarda yaradıcı düşüncə və problem həll etmə bacarıqlarını inkişaf etdirir.


Təlim proqramı

İştirakçılar Arduino lövhəsini necə düzgün quraşdıracaqlarını və ona qoşulacaq cihazları öyrənirlər. Həmçinin, ilk sadə proqramlarını yazaraq Arduino-nu işə salırlar.

Arduino ilə ilk elektrik dövrəsini qururlar, LED-ləri müxtəlif şəkildə yandırmaq üçün rezistorların və düymələrin necə istifadə olunduğunu öyrənirlər.

Arduino ilə işıq sensoru (LDR) və hərəkət sensoru (PIR) istifadə edərək, sensorlardan gələn məlumatları necə oxumağı və onların əsasında hərəkət etməyi öyrənirlər.

Arduino ilə ilk robotu qurmağı öyrənirlər. Mühərriklərin idarə olunması və robotun əsas hərəkətini təmin edən proqramlar yazılır.

Arduino istifadə edərək temperatur sensoru ilə sadə bir termometr layihəsi hazırlanır. İştirakçılar sensor məlumatlarını ekrana yazdırmağı öyrənirlər.

Arduino ilə buzzer (səsli siqnal) istifadə edərək müxtəlif səs effektləri yaratmaq öyrədilir. İştirakçılar, müxtəlif situasiyalara uyğun siqnallar qururlar.

Arduino ilə LCD ekran üzərində məlumatları göstərməyi öyrənirlər. Temperatur, işıq səviyyəsi kimi məlumatları ekranda dinamik şəkildə göstərməyi öyrənərək layihələrində tətbiq edirlər.

Bir neçə sensoru eyni layihədə inteqrasiya edərək, məlumatların birləşdirilməsi və analizi həyata keçirilir. Məsələn, temperatur və işıq sensorlarının birlikdə işlədilməsi öyrədilir.

Nicat Hacıyev

Elektronika mühəndisi