Codey Rocky ilə Robototexnika

  • Müddət: 4 ay
  • Dərs sayı: 32
  • Dil: Azərbaycan

Dərs haqqında

Codey Rocky ilə Robototexnika kursu uşaqları əylənərək öyrənməyə dəvət edir! Robotexnika təlimi kursunda 6 yaş civarında uşaqlar sadə proqramlaşdırma anlayışlarını öyrənir, öz robotlarını idarə edərək yaradıcı düşüncə və problem həll etmə bacarıqlarını inkişaf etdirirlər. Rəngli və interaktiv dərslər vasitəsilə uşaqlar həm texnologiyaya maraq göstərir, həm də gələcəyin mühəndislik dünyasına ilk addımlarını atırlar.


Təlim proqramı

Robotların gündəlik həyatımızda istifadəsi və Codey Rocky-nin əsas hissələri haqqında məlumat verilir. Uşaqlar robotların necə işlədiyini öyrənirlər.

Codey Rocky-ni irəli, geri hərəkət etdirmək və dönmə əmrlərini öyrənməklə uşaqlar robotun hərəkətini idarə etməyə başlayır.

Robotun LED işıqlarını fərqli rənglərdə yandırma və səsləri proqramlaşdırma ilə nəzarət etmə üsulları öyrədilir.

Codey Rocky-nin sensorları, məsələn, xətt izləmə və maneə aşkarlama sensorlarının necə işlədiyi izah edilir.

Uşaqlar dövrə anlayışını öyrənir və “əgər-bu-olsa” kimi şərti əmrləri proqramlaşdırmağa başlayır.

Codey Rocky-ni labirintdən keçirtmə və təyin olunmuş nöqtəyə çatdırma kimi oyunlarla proqramlaşdırma bacarıqları tətbiq olunur.

Codey Rocky-ni istifadə edərək qısa melodiyalar proqramlaşdırılır və uşaqlar səs-funksionallığı ilə yaradıcılıqlarını inkişaf etdirir.

Uşaqlar öz kodlarını yazar və robotun müxtəlif hərəkətlər etməsini təmin edərək yaradıcılıq bacarıqlarını göstərir.

Pərvin Qasımova

STEAM müəlliməsi