3D Printer və Çap

  • Müddət: 1 ay
  • Dərs sayı: 6
  • Dil: Azərbaycan

Dərs haqqında

3D printer təlimi kursu, 3D çap texnologiyalarını dərindən öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Təlim zamanı iştirakçılar, 3D modelləşdirmənin çap prosesinə uyğun aspektlərini, 3D printerlərin növlərini və onların iş prinsiplərini öyrənəcəklər. Kursda həmçinin, müxtəlif çap texnologiyaları, material seçimləri və çap keyfiyyətini artırmaq üçün vacib texniki məqamlar izah ediləcək. İştirakçılar, 3D printerlərin daxili quruluşu ilə tanış olacaq, onların iş mexanizmini öyrənəcək və problemlərin həlli üzrə təcrübə qazanacaqlar. Bu kurs real layihələr üzərində işləmək və 3D çap dünyasında peşəkar bacarıqlar əldə etmək istəyənlər üçün ideal bir tədris proqramıdır.


Təlim proqramı

İştirakçılar, 3D çapın tarixi, tətbiq sahələri və əsas texnologiyaları haqqında məlumat əldə edəcəklər. Müxtəlif çap üsullarının üstünlükləri və çatışmazlıqları izah ediləcək.

Bu dərsdə 3D printerlərin növləri (FDM, SLA, SLS və s.) və hər bir texnologiyanın fərqli tətbiq sahələri müzakirə ediləcək. İştirakçılar, printerlərin seçimi haqqında daha məlumatlı olacaqlar.

3D printerin əsas komponentləri, onların funksiyaları və printerin iş prinsipi detallı şəkildə izah ediləcək. Dərs zamanı printerin texniki quruluşu praktik olaraq göstəriləcək.

3D modellərin çap üçün optimallaşdırılması, fayl formatlarının (STL, OBJ və s.) düzgün istifadəsi və çap parametrlərinin təyin edilməsi öyrədiləcək.

PLA, ABS, PETG, TPU kimi çap materiallarının xüsusiyyətləri və tətbiq sahələri izah ediləcək. Hər material üçün uyğun çap şərtləri və istifadəyə dair məsləhətlər veriləcək.

Çap zamanı keyfiyyətə təsir edən parametrlər, məsələn, nozzle ölçüsü, çap sürəti və temperatur izah ediləcək. İştirakçılar çap keyfiyyətini artırmaq üçün vacib ipucları alacaqlar.

Çap zamanı rast gəlinən problemlər (layer shifting, nozzle clogging və s.) və onların həlli yolları müzakirə ediləcək. İştirakçılar real problemləri praktiki şəkildə həll etməyi öyrənəcəklər.

Kursun sonunda iştirakçılar öz layihələrini hazırlayacaq, bütün öyrəndiklərini tətbiq edərək modelləri çap edəcəklər. Bu dərs praktiki bacarıqların tətbiqi üçün tam bir təcrübə imkanı yaradacaq.

Alim Babazadə

3D Çap mütəxəssisi