Yeni Başlayanlar üçün Arduino

Dərs haqqında
Ardiuno təlimi kursu, Arduino platformasına yeni başlayanlar üçün nəzərdə tutulub. Kursda iştirakçılar, Arduino lövhəsini və əlaqəli komponentləri necə istifadə edəcəyini öyrənəcəklər. İlk dərsdən başlayaraq, LED-lərin idarə edilməsi, düymələrdən və sensorlardan istifadə, səsli siqnalların yaradılması kimi əsas mövzularla tanış olacaqlar. Həmçinin, LCD ekranlarda məlumatların göstərilməsi, hərəkət sensorları ilə interaktiv sistemlər qurulması və motorların sürətinin tənzimlənməsi kimi daha inkişaf etmiş mövzulara da yer veriləcək. Kursun sonunda iştirakçılar, öyrəndikləri bilikləri tətbiq edərək müstəqil layihə hazırlayacaq və təqdim edəcəklər. Bu kurs, iştirakçılara mühəndislik və proqramlaşdırma bacarıqlarını inkişaf etdirmək üçün əla bir başlanğıc imkanı təqdim edir.
Təlim proqramı
Nicat Hacıyev
Elektronika mühəndisi