Mikrobit ilə Robototexnika

  • Müddət: 4 ay
  • Dərs sayı: 32
  • Dil: Azərbaycan

Dərs haqqında

Mikro:bit ilə Robototexnika kursu 9 yaşdan yuxarı uşaqları maraqlı və interaktiv dərslərlə texnologiya dünyasına dəvət edir! Mikrobit təlimi kursunda uşaqlar sadə proqramlaşdırma bacarıqlarını öyrənir, Mikro:bit ilə yaradıcı layihələr hazırlayaraq düşüncə və problem həll etmə qabiliyyətlərini inkişaf etdirirlər. Bu robotexnika kursu ilə praktik təlimlər sayəsində onlar gələcəyin innovatorlarına çevrilmək üçün ilk addımlarını atırlar.


Təlim proqramı

Mikro:bit cihazının əsas hissələri, onların funksiyaları və cihazın robototexnikadakı rolu ətraflı şəkildə izah edilir. Uşaqlar cihazı işə salmağı və sadə əmrlərlə idarə etməyi öyrənirlər.

Mikro:bit-in LED ekranından istifadə edərək müxtəlif formalar, animasiyalar və işıqlandırma effektləri yaratmağın üsulları öyrədilir. Bu, uşaqların vizual proqramlaşdırmaya marağını artırır.

Mikro:bit-də düymələrin necə işlədiyi, düymələr vasitəsilə verilən əmrlərin necə tətbiq edildiyi və bu əmrlərin real layihələrdə istifadəsi izah edilir.

Mikro:bit-in hərəkət, işıq və istilik sensorları praktik tapşırıqlarla təhlil edilir. Uşaqlar sensorların fərqli şəraitlərdə necə reaksiya verdiyini təcrübə edirlər.

“Əgər-bu-olsa” şərtləri kimi sadə proqramlaşdırma prinsipləri izah edilir və uşaqlar bu əmrlər vasitəsilə müxtəlif ssenarilər qurmağı öyrənirlər.

Mikro:bit vasitəsilə bir robotun necə idarə ediləcəyi, hərəkət əmrlərinin yazılması və robotun fərqli istiqamətlərdə hərəkət etməsini təmin etmə üsulları öyrədilir.

Mikro:bit vasitəsilə uşaqlar kiçik, lakin əyləncəli oyunlar proqramlaşdırır və bu oyunlar vasitəsilə interaktiv texnologiya təcrübəsi qazanırlar.

Praktik real həyat problemlərinə uyğun layihələr hazırlanır, məsələn, işıq indikatoru, sadə termometr və ya hərəkət xəbərdarlıq sistemi kimi cihazlar qurulur.

Nicat Hacıyev

Elektronika mühəndisi