Haqqımızda
STEAMspace innovasiya və tədris mərkəzi, şagird və tələbələrə texnologiya və mühəndislik sahələrində uğur qazanmaq üçün geniş imkanlar təqdim edir. Mərkəzimizdə keçirilən təlimlər, yalnız nəzəri biliklər deyil, praktiki bacarıqların inkişafına da yönəldilmişdir. Məzunlarımız yerli və beynəlxalq müsabiqələrdə iştirak edərək, bir çox əhəmiyyətli nailiyyətlər əldə etmiş və ölkəmizi qürurla təmsil etmişlər. STEAM, robototexnika və elektronika sahələrində ixtisaslaşan mərkəzimiz, tam təchizatlı laboratoriyaları və geniş maddi-texniki bazası ilə dünya standartlarına uyğun tədris prosesini təmin edir. Burada şagirdlər yaradıcı düşüncə, problem həll etmə və texnologiyadan effektiv istifadə bacarıqlarını inkişaf etdirərək müasir dünyanın tələblərinə cavab verən fərdlər kimi yetişirlər.
Tam təchizatlı laboratoriyalarımız və geniş maddi-texniki bazamız öyrənmə prosesini daha əlçatan edir və müasir iş dünyasının tələblərinə cavab verən praktiki biliklər aşılayır. STEAMspace, yalnız biliklərin öyrədildiyi yer deyil, həm də yaradıcı düşüncə, innovasiya və texnoloji bacarıqların inkişaf etdirildiyi bir mərkəzdir.
Bizim əsas məqsədimiz, uşaqlarınıza texnologiya, mühəndislik və elm sahələrinə maraq yaratmaqla yanaşı, onların gələcəkdə bu bilikləri tətbiq edərək uğurlu və məsuliyyətli fərdlər kimi yetişməsinə dəstək olmaqdır. Valideynlər üçün bu, övladlarının yaradıcı, texnologiyanı anlayan və müasir dünyada rəqabətə davamlı bir gələcək qurması üçün möhkəm bir başlanğıcdır.
Nailiyyətlərimiz
🥇🏆 2022-ci il “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Yaşıl texnologiyalar mövzusu C kateqoriyası üzrə birinci yerin qalibi
🥈🎉 2022-ci il Dünya Robot Olimpiadasının Azərbaycan finalında ikinci yer
🥈🎉 2022-ci il “SAF – STEAM Azerbaijan Festivalı”-nda mentoru olduğumuz “Maker Tronika 81” komandası “Mexatronika” kateqoriyası üzrə ikinci yer
🥉👏 2022-ci il “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı “BAKU SKILLS” kateqoriyası üzrə üçüncü yer
🥈🎉2023-ci il “SAF – STEAM Azerbaiijan Festivalı”-nda mentoru olduğumuz “Maker Tronika 81” komandası “Mexatronika” kateqoriyası üzrə ikinci yer
🥈🎉2023-ci il Dünya Robot Olimpiyadasının Azərbaycan finalında ikinci yer
🥇🏆2024-cü il “Robotex International” yarışmasının “Blue Entrepreneurship” kateqoriyası üzrə Türkiyə finalında birinci yer
🥇🏆2024-cü il “Ecothon 2024” müsabiqəsində “Green Eye” komandası birinci yer
🥈🎉2024-cü il “GREEN STEAM Azerbaijan Festivalı”-nda mentoru olduğumuz “Maker Tronika 81” komandası “Green Initiatives” kateqoryası üzrə ikinci yer
🥉👏2024-cü il “Robotex International” yarışmasının Azərbaycan finalında üçüncü yer
🎖️👏2024-cü il Məktəblilərarası “Fibonacci” intellektual yarışının İtalya finalında 4cü yer
🥇🏆2025-ci il “Fibonaççi Beynəlxalq Robot Olimpiadası”nda Dreamers və Maker Tronika 81 komandaları Junior StartUp kateqoriyasında fərqli yaş qruplarında 1-ci yerlərin qalibləri
Kurs və təlimlərimizdə iştirak etmiş komandalarımız əldə etdikləri uğurlarla həm bizi, həm də ölkəmizi qürurlandırmağa davam edirlər. 2022-ci ilin may ayında ölkəmizdə keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında iki komandamız yüksək nəticələr əldə edərək birinci və üçüncü yerlərə layiq görülmüşdür. Bu nailiyyətlər, STEAM sahəsində verilən təhsilin effektivliyini və iştirakçılarımızın potensialını bir daha təsdiqləmişdir.
Bundan başqa, komandalarımız 2022-ci ilin dekabr ayında keçirilən “SAF – STEAM Azerbaijan Festivalı”-da da diqqətəlayiq nəticələr əldə etmişdir. Mentorluğunu etdiyimiz “Maker Tronika 81” komandası çətin rəqabət şəraitində mübarizə apararaq “Mexatronika” kateqoriyası üzrə ikinci yerə layiq görülmüşdür. Bu nailiyyətlər komandalarımızın həm yaradıcı düşüncə, həm də texniki biliklər sahəsində yüksək səviyyədə olduğunu nümayiş etdirmişdir.
Komandalarımızın uğurları bununla bitmir. 2022-ci ildə Dünya Robot Olimpiadasının Azərbaycan finalında iştirak edən komandalarımız əla nəticələr göstərmiş və ikinci yerə layiq görülmüşdür. Bu, şagirdlərimizin beynəlxalq səviyyəli platformalarda da öz biliklərini sübut etmə qabiliyyətini göstərir və onların texnologiya sahəsindəki peşəkarlığının bariz nümunəsidir.
Həmçinin, “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “BAKU SKILLS” kateqoriyasında üçüncü yer qazanan komandamız böyük diqqətə layiq performans sərgiləmişdir. Bu nəticələr şagirdlərimizin nəinki yerli, hətta beynəlxalq arenada yüksək rəqabət apara bilən istedadlara sahib olduğunu bir daha sübut edir.
Kurslarımız
Tədris sahəsində təqdim etdiyimiz müxtəlif istiqamətlər və təklif etdiyimiz kurslar haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.